Premyer Liqanın 10-cu turunun son qarşılaşması çərçivəsində keçirilən "İnter" – "Sumqayıt" görüşündən sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı futbolçularının potensialına uyğun olduğunu bildirib.

– Erkən qol vurduq və arxaya tez çəkildik. Bunun da nəticəsidi ki, təzyiqə tab gətirmədik. Bu oyun bəzi futbolçuların taleyinə mənfi təsir göstərəck. Yusif Nəbiyev ötən tur qol vurmuşdu. Bu gün isə ümumiyyətlə, oyunu alınmadı. 

– Futbolçuların bir qismi 6 aylıq icarə əsasında oynayır. Onların özlərini "Sumqayıt"lı hiss etmədiyini düşünmürsünüz?
– Düşünmürəm. Əksinə, icarə əsasında komandamıza gələnlər özlərini müsbət tərəfdən göstərir. Sadəcə, uşaqlarda təcrübə çatmır.

– Bəlkə konkretləşdirəsiniz və bir sıra oyunçunu əvəzedici heyətə göndərəsiniz?
– Xəyal Nəcəfova bu aqibəti yaşatmışdıq. Ancaq heyət kasadlığı yaşayırıq. Biz xaricdən futbolçu gətirmirik, ancaq hansısa komandaya lazım olmayan futbolçulara güvənirik.

– Komandanın fiziki vəziyyəti bir həftə ərzində 2 oyun keçirməyə imkan verir?
– Türkiyə toplanışı bizə fayda verib. Həftədə 2 oyun keçirmyə gücümüz çatır. Ancaq oyun keyfiyyəti sarıdan axsamalar var. 

– Fərhad Vəliyevin qollarda günahı yoxdu?
– Ancaq birinci qol müzakirə oluna bilər. Ancaq apıçılarla işləyən məşqçimizin fikrini bildikdən sonra nəsə deyə bilərəm.

CEYHUN ƏLİYEV

Shares: