17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, qrup oyunların ev sahibliyi edən Rumıniya komandası ilə qarşılaşan yığmamız qələbə qazanıb – 1:0. Qolu Xaqani Sadıqov vurub.
Xatırladaq ki, futbolçularımız qrupun ilk oyununda İngiltərə komandasına 0:2, növbəti qarşılaşmada isə Avstriya yığmasına 1:3 hesabı ilə məğlub olmuşdu. Son oyunda qələbə qazanmaqla yığmamız ilkin seçmə mərhələni mübarizə apardığı qrupda 3-cü pillədə başa vurub.
Son turda qrupun digər matçında İngiltərə Avstriyanı 3:2 hesabıyla məğlub edib.
AÇ-nin ilkin seçmə mərhələsi
6-cı qrup
Azərbaycan – Rumıniya – 1:0
Qol: X.Sadıxov, 29 (1:0).
Azərbaycan: 1. Məhəmməd Can Tuncer, 2. Onur Taha Takir, 3. Rüstəm Nuriyev, 4. Şahan Akyüz, 5. Fərid Nadirov (k), 7. Şakir Seyidov, 8. Turan Vəlizadə (16. Fərid Mahmudov, 67), 9. Murad Mahmudov (18. Məhəmməd Abbaslı, 75), 11. Kamran Quliyev (10. Mutlu Aksu Doğan,48), 14. İzzət Müştaqov, 17. Xaqani Sadıxov.
Ehtiyat oyunçular: 12. Nicat Mehbalıyev, 13. İdris İnqilablı, 15. Tahir Zeynalov.
Baş məşqçi: Vüqar Məmmədov.
Rumıniya: 1. Andrey Kristea, 2. Aleksandru Sabangeanu, 3. Darius Tieranu, 4. Rikardo Farkaş (k), 7. Aleksandru Qoloqan (14. Kalin Yuri, 70), 8. Radu Çiriak (18. Mihael Onişa, 70), 10. Antonio Sefer, 11. Kosmin Tukaliuk, 13. Karlos Skarlat, 15. Vladimir Skreçiu, 16. Dennis Politik (17. Vlad Çera, 41).
Ehtiyat oyunçular: 12. Teodor Axinte, 6. Denis Kasian.
Baş məşqçi: Qabriel Manolaşe.
Turnir cədvəli: İngiltərə – 9, Avstriya – 6, Azərbaycan – 3, Rumıniya – 0.