Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası – "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi doğma meydanda "Rizəspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Ramilin adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Trabzonspor" 9 turdan sonra 11 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.