Almaniyanın Şimal-Şərq Regional Liqasında 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Şonberq"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 12 turdan sonra "Moyzelvits" 9 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Shares: