İsveç çempionatında 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Sundsvall" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.
Emin bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
"Kalmar" geridə qalan turlarda topladığı 44 xalla 16 klub arasında 6-cı pillədə qərarlaşıb.