Futbol üzrə Çexiya çempionatında 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Libereç təmsilçisi səfərdə "Bohemians"la qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Qeyd edək ki, "Slovan" hazırda 13 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.