Futbol üzrə Ukrayna çempionatında 13-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Dnepr"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 13 turdan sonra 11 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.