DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay Şimali İrlandiyanın qonağı olacaq Azərbaycan millisi burada yalnız qalmayacaq. Futbolinfo.az xəbər verir ki, Belfastda keçiriləcək qarşılaşmada yığmamızı “Milli Dəstə” fan-klubu dəstəkləyəcək.
Azarkeş qrupu bu matçda 60 nəfərlə təmsil olunacaq. Onlardan 3-ü Avropanın digər ölkələrindən, 57-si Böyük Britaniyadan qatılacaq. Ümumilikdə azarkeşlərimiz üçün 172 yer ayrılıb. Stadionda isə təqribi 120-130 azərbaycanlı azarkeşin komandamızı dəstəkləməsi gözlənilir.
Qeyd edək ki, sözügedən matç noyabrın 11-də keçiriləcək.