“Vera Kruz”dakı ilk ilimdə Pernambukanonun ən yaxşı yarımmüdafiəçilərindən biri idim. Sonra futzala qayıtmağa qərar verdim”. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, bu sözləri “Araz” klubunun və Azərbaycan yığmasının futzalçısı Vassura deyib.
Braziliya mətbuatına açıqlama verən "sambaçı" futzala və Azərbaycana gəlişindən danışıb.
Kolumbiyada keçirilmiş dünya çempionatında millimizin aparıcı oyunçularından olan Vassoura əvvəlcə futzalı seçməyini izah edib: “Həmişə obyektiv insan olmuşam. Futzala qayıtdım və qələbələr qazandım. Mən sözümü meydanda demək istəyirəm. Futzala ona görə qayıtdım ki, burda daha çox pul verirlər və daha yaxşı yaşamaq imkanı əldə edirsən. Braziliyada böyük komandalarda oynamaq üçün həyatınızı meydanda sürməlisiz”.
Vassoura futbolçu kimi ilk şansını “Santa-Kruz”da qazanıb. Daha sonra Braziliyadan ayrılaraq, müxtəlif klublarda çıxış edib. Ancaq futbolda istədiyi qədər pul qazana bilmədiyi üçün futzala üz tutub. Dünyanı gəzməyə başlayan Vassoura Ukrayna, Gürcüstan, Latviya və İspaniyada çıxış etdikdən sonra Azərbaycandan təklif alıb.
Vassoura ölkəmizə gəlişini belə xatırlayır: “8 il ərzində Azərbaycanda oynamaq üçün çox dəvət aldım. Həmin vaxt karyeramı İspaniyada davam etdirirdim. Elə oldu ki, Azərbaycana gələsi oldum. Bir həftə qaldım. Amma birinci dəfə gələndə bu ölkəni bəyənmədim. Lakin 2 il əvvəl “Araz” mənə təklif göndərdi. Azərbaycana qayıdıb, həm klubda, həm də millidə oynamağımı istədi. Mən də razılaşdım”.