Küçə futbolunu məhəllədən meydanlara daşıyan MFL ölkədə həvəskar futbolçular arasında keçirilən ilk tamhəcmli liqaya daha bir yenilik gətirir. MFL öz iştirakçılarını və Facebook səhifəsinin izləyicilərini (https://www.facebook.com/mfl.baku) “Crossbar Challenge” ilə (http://bit.ly/2e3UHut) sınamağa hazırlaşır.Bu oyunda topu qapıya yox, dirəyə vurmaq lazımdır!

Təşkilatçıların facebook izləyiciləri üçün nəzərdə tutduğu qaydalar sadədir: iştirakçılar qapıdan 10 addım geridə dayanmalı və həmin məsafədən atdıqları 5 ard-arda zərbədən 3-nü qapının üst dirəyinə vurmalıdırlar.

Videoları NOYABRIN 3-nə kimi info@sportmarketing.az-a yollamaq lazımdır və ya http://bit.ly/2eLdjUf  – bu postun şərh bölməsinə yerləşdirməklə çəkilişə qatılmaq olar. İştirakçılar addımlarını saymaqdan başlayaraq zərbələrinə qədər bütün kadrları montajsız təqdim etməlidirlər.

Noyabrın 6-da canlı yayımlanacaq çəkilişdə ilk adı çıxan iştirakçı keyfiyyətli idman brendlərini təqdim edən GoSport mağazasından 50%, 2-ci iştirakçı 40%, 3-cü iştirakçı 30% endirim qazanacaq.

MFL eyni yarışı liqada iştirak edən 42 komanda arasında da keçirməyə qərar verib. Komandalar üçün isə iştirak qaydaları bir az fərqlidir. Hər komandadan 1oyunçu olmaqla 42 nəfər arasında fərqlənən iştirakçının komandası "Sportster"də bir saat pulsuz oyun qazanacaq. İştirakçının özünə isə Smartphone telefon hədiyyə ediləcək. Qaydalara gəlincə:

– Noyabrın 3-nə kimi MFL Liqasında iştirak edən hər bir komanda bu oyunda ayağını və başını dəqiq işlədə bilən yalnız 1oyunçusunun adını MFL təşkilatçılarına bildirməlidir;
– İştirakçı mərkəz xəttinin yarımdairəsindən, istənilən nöqtədən qapının üst dirəyinə ard-arda 5 zərbə vurmalıdır. Zərbələrdən minimum 3-ü qapının üst dirəyinə dəyməlidir.

– Bir neçə iştirakçının eyni göstəricisi olarsa, zərbələr davam etdiriləcək. Ən çox dəqiq zərbəni yerinə yetirən iştirakçı qalib elan olacaq.

– Adı qeyd olunan iştirakçı noyabrın 5-də, saat 12:00-da "Sportster" meydançasında keçiriləcək yarışa qatılacaq; yarış günü iştirakçıları maraqlı əyləncə proqramı da gözləyir!

 

Shares: