“Qəbələ” ilə oyunda sonradan meydana daxil olan Mahir Şükürov cari mövsümdə Azərbaycan Premyer Liqasında debüt etdi. Futbolinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçi uzun müddətdən sonra ölkə çempionatında forma geyindi.
Şükürov sonuncu dəfə 2014-cü il mayın 14-də “Simurq”la ev matçında meydana çıxmışdı. Bununla da o, 899 gün sonra yenidən Azərbaycan çempionatında meydana çıxdı.