“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsindəki oyunlarının hakim təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Salonikidə keçiriləcək PAOK – “Qarabağ" oyunu şotlandiyalı hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Con Beyton olacaq. Ona həmyerliləri Duqlas Potter və Alastar Mazer kömək edəcək. 

Bakıda keçiriləcək “Qəbələ” – “Sent Etyen” oyununu isə ispaniyalı hakimlər idarə edəcək. 

Matçın baş hakimi Karlos Del Kerro Qrande olacaq. Ona Xuan Karlos Ximenes və Roberto Fernandes köməklik edəcək.

Qeyd edək ki, oyunlar noyabrın 3-də keçiriləcək. "Qəbələ" – "Sent Etyen" oyunu saat 22:00-da, PAOK – "Qarabağ" oyunu isə Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Shares: