Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək PAOK – “Qarabağ” oyununun baş hakimi Con Beyton 2-ci dəfə təmsilçilərimizin matçına  təyinat alır. Fubolinfo.az xəbər verir ki, 34 yaşlı şotlandiyalı referi daha öncə 19 yaşlılardan ibarət millimizin Macarıstanla AÇ-2015-in seçmə oyununu (1:1) idarə etmişdi. 

İxtisasca rabitəçi olan fit sahibi həmin qarşılaşmada yığmamızın 4, rəqibin 1 futbolçusuna sarı, digərinə isə qırmızı vərəqə göstərib.

2012-ci ildən FİFA referisi statusunu daşıyan ədalət təmsilçisi idarə etdiyi 23 beynəlxalq matçda futbolçulara 107 sarı, 8 qırmızı vərəqə göstərib. O, 8 dəfə də komandaları penalti ilə cəzalandırıb.

Shares: