Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” – “Sent Etyen” oyununun baş hakimi Karlos del Gerrero Qrande 2-ci dəfə təmsilçilərimizin matçına  təyinat alır. Fubolinfo.az xəbər verir ki, 40 yaşlı ispaniyalı referi ötən mövsüm AL-in ilkin təsnifat mərhələsi çərçivəsində “İnter”in Albaniyada yerli “Laçi” ilə qarşılaşmasını (1:1) idarə etmişdi. Fit sahibi həmin qarşılaşmada bakılıların 1, rəqibin 3 futbolçusuna sarı vərəqə göstərib.

2013-cü ildən FİFA referisi statusunu daşıyan ədalət təmsilçisi idarə etdiyi 15 beynəlxalq matçda futbolçulara 62 sarı, 4 qırmızı vərəqə göstərib. O, 7 dəfə də komandaları penalti ilə cəzalandırıb.

Shares: