Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”nin qonağı olacaq Fransanın “Sent-Etyen” klubu Bakıda tək qalmayacaq. Futbolinfo.az xəbər verir ki, bu oyunda fransızlar üçün 118 bilet ayrılıb.
Rəqib tərəfdarların oyuna marağı daha çox olarsa, bilet sayı artırıla bilər. Qonaqlar üçün “Bakcell Arena”nın 2B sektoru ayrılıb.
Qeyd edək ki, sözügedən matç noyabrın 3-də keçiriləcək və saat 22:00-da start götürəcək.