Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası – "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Antalyaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Ufuk bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Kayserispor" 9 turdan sonra 8 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.