FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb. Futbolinfo.az AFFA-ya istinadla xəbər verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək Kipr – Cəbəllütariq qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, Ağayevin bu təyinatı barədə ilk xəbəri ötən gün məhz futbolinfo.az saytı yaymışdı.