Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Zirə” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“İnter” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olub və oyunda fasilə yaranmasına səbəb olub. “İnter” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.