Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Bakılı” – “Mil-Muğan” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 80-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Samir Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Tofiq Mikayılov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Şərurspor” – “Səbail” matçında “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Şəmkir” – MOİK matçının 37-ci dəqiqəsində MOİK-in futbolçusu Müşfiq Teymurov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Shares: