"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində "Barselona"ya 3:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oyununu belə şərh edib:
"Barselona" ilk 30 dəqiqədə möhtəşəm oynadı. Bizim oyunun əvvəlində çox problemimiz var idi. Rəqib 2-ci qolu da vura bilərdi.
Hesabı bərabərləşdirdikdən sonra vəziyyət dəyişdi. İlkayın qolu ilə üstünlük bizim tərəfə keçdi. Mən uşaqlara görə çox sevinirəm – axı ilk dəfə dünyanın ən güclü klubunu məğlub etdik".