FİFA DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan – Norveç (1:0) oyunundan sonra rəqibin yarımmüdafiəçisi Ole-Kristian Selnesi hakimlərin ünvanına söylədiyi fikirlərə görə, 4 oyunluq cəzalandırıb. 

Futbolinfo.az xəbər verir ki, cəza müddəti ümumilikdə 11 ayı əhatə edən Selnes həmçinin 5000 isveçrə frankı məbləğində cərimələnib. 

Ole-Kristian Selnes millimizlə oyundan sonra stadionun tunelində hakimlərlə mübahisə edib və onların ünvanına sərt ifadələr işlədib. Bununla da, futbolçu FİFA-nın intizam komitəsinin 57-ci maddəsini pozub. 

Selnes Çexiya (həm ev, həm də səfər), Şimali İrlandiya və millimizlə Norveçdə keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək. 

Maraqlıdır ki, Selnes sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" ilə Bakıda keçiriləcək oyunda iştirak etmək üçün "Sent-Etyen"in heyətində paytaxtımıza təşrif buyurub.

Shares: