Bu gün futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan yığmasında çıxış edən futbolçuların klublrının da rəqibləri bəlli olub.

Ramil Şeydayevli "Trabzonspor" H qrupunda "Gümüşhanəspor", "Qızılcabölükspor" və "Konyaspor"la mübarizə aparacaq.

Millimizin sabiq müdafiəçisi Ufuk Budaq və komandası "Kayserispor" D qrupu çərçivəsində "Boluspor", "Beşiktaş" və "Gənclərbirliyi" ilə mübarizə aparmalı olacaq.

FİFA tərəfindən millimizdə oynamasına icazə verilən və Şimali İrlandiya ilə DÇ-2018-in seçmə mərhələ oyununa dəvət alması gözlənilən Dəniz Yılmazlı "Bursaspor" isə G qrupunda "Ümraniyəspor", "Aydınspor" və "Akhisar"la qarşılaşacaq. 

Qeyd edək ki, 8 qrupdan ibarət bu mərhələdə ilk iki yeri tutan kollektivlər növbəti mərhələyə yüksələcəklər.

A: Osmanlıspor, Gaziantepspor, Şanlıurfaspor, Kırklarelispor
B: Kasımpaşa, Çaykur Rizespor, Sancaktepe, İnegölspor
C: Fenerbahçe, Gençlerbirliği, Menemen Belediyespor, Amed Sportif, 
D: Beşiktaş, Kayserispor, Boluspor, Darıca Gençlerbirliği,
E: Galatasaray, Elazığspor, Tuzlaspor, 24 Erzincanspor
F: Medipol Başakşehir, Sivasspor, Göztepe, Yeni Amasyaspor
G: Akhisar Belediyespor, Bursaspor, Ümraniyespor, Aydınspor
H: Atiker Konyaspor, Trabzonspor, Gümüşhanespor, Kızılcabölükspor.

Shares: