“Lill” klubu ilə matçda qol vurduğum üçün razı qalmışdım”. Futbolinfo.az saytının məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Filip Ozobiç deyib.

O, bu gün keçirilən mətbuat konfransında Avropa Liqasının 4-cü turu çərçivəsində “Sent-Etyen”lə sabahkı görüşü dəyərləndirib. Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, onları çox çətin sınaq gözləyir: 

“Sabah işimiz çətin olacaq. Hər hansı bir futbolçu yüksək səviyyədə oynamasa, bizə çətin olacaq. “Sent-Etyen” çox güclü komandadı. Bizim 3-4 futbolçumuz olmayanda problem yaranır. Rəqiblərimizdə isə eyni səviyyədə 25 oyunçu olur”.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Sent-Etyen” matçı saat 22:00-da başlayacaq.

Shares: