Avropa Liqasının qrup mərhələsi çərçəsində “Qarabağ” sabah PAOK-un qonağı olacaq. Fuitbolinfo.az xəbər verir ki, ağdamlıların baş məşçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konafransında jurnalsitlərin suallarını cavablandırıb:

– Sabahkı oyunda hansı nəticə sizi qane edəcək?
– Rəqib baş məşqçinin fikirlərini oxudum, qalib gəlmək istəyirlər. Amma bu matçdan sonra 2 qarşılaşma da var. Sabah yaxşı oyun göstərməliyik. Qalib gəlmək istəyirik. Oyunun gedişatında hər şey ola bilər. Ümumi götürsək, əsas hədəfimiz yenilməməkdi.

– Sizcə, sabahkı oyunda Bakıdakından fərqli PAOK görəcəyik? "Qarabağ” səfərdə müdafiədən oynayacaq?
– Rəqib Bakıda görüyümüz komandadır. Sadəcə, ev matçlarında daha fərqli, aqressiv olacaqları şübhəsizdir. Bizi nə qədər müdafiədə oynamağa məcbur etsələr, o qədər müdafiə olunacağıq. Bununla belə hücum qurub, topa sahib olmağa çalışacağıq. PAOK çox sıx oynayan komandadı. Hücumlar qurmalıyıq. Matçın əvvəlindəki təzyiqdən çıxmağa çalışacağıq.

– Reynaldo, Madeyra və Rəşad Sadıqovun vəziyyət necədi?
– Oynama ehtimalları var. Ola bilər ki, üçü də eyni vaxtda meydanda olmasın. Hər şey həkimlərin son qərarından sonra bilinəcək. Amma "18-lik"də olacaqlar.

– Sabah hansı taktikaya üstünlük verəcəksiz?
– Bu, elə bir matçdı ki, hər cür oyuna hazır olmalısan. Adətən səfər komandaları müdafiədən çıxış edir. Bunu da rəqib məcbur edir. Amma bu, elə turnirdi ki, matçın gedişində də düşünməliyik və ona uyğun çıxış etməliyik. Amma tam müdafiədən oynamağımızı istəmirəm. İlk dəqiqələrdə ola bilər bizim üçün çətin olsun, amma sonrada topa sahib olub, rəqibin oyununu pozmağa çalışmalıyıq.

– PAOK-un güclü azarkeş dəstəyi var. Amma “Qarabağ” da bu cür atmosferi çox görüb. Komandanız artıq bu mərhələni aşıbmı?
– Futbolçu çoxlu azarkeş qarşısında oynamaqdan həzz almalıdı. Sadəcə, rəqib meydanındakı azarkeşlər ev komandasını daha istəkli edir. Düzdü, bizim fanatlar burada olacaq. Onlara güvənəcəyik. Amma yunanlar komandasını daim irəli səsləyəcək. Son dövrlər hər bir futbolçu belə atmosferdən həzz alır. Sabah azarkeşin səsini yox, oyunu düşünəcəyik.

– Erkən qol buraxsanız, matçın yekun taleyi barədə nə deyə bilərsiniz?
– Futbolda belə hallar çox olur bəzən vurduğumuz, buraxdığımız vaxtlar olub. İlk buraxmamaq haqqında düşünəcəyik. Maçtda nəticə vermək üçün çalışacağıq.

– Səfər amilindən başqa komandanızın uğuruna nə mane ola bilər?
– Rəqib çox ciddi komandadı. Onların oyununu ilk dəfə görəndə düşünmüşdüm ki, PAOK-a qalib də gələ bilərik, böyük hesabla yenilə də bilərik. Futbolçularının fərdi xüsusiyətləri var. Bu, bizi narahat edir. Ola bilər öz meydanlarında bizim düşünmədiyimiz hücumlardan istifadə edə bilərlər. Ən qorxduğumuz şey düşünmədiyimiz sürprizlər etmələridir.

ELMAR ABDULLA-ZADƏ, Saloniki, Yunanıstan

Shares: