"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Yunanıstan PAOK-una qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, albaniyalı futbolçu Salonikidə baş tutan mətbuat konfransında bunları söyləyib:
– Əlbəttə, çətin oyun olacaq. Artıq rəqiblə bir oyuna çıxmışıq. Güclü azarkeş dəstəyi olacaq. Hamı belə atmosferdə oynamaq istəyər.
– Sən və ya Maksim Medvedev xüsusi bir sürpriz edə bilərsiniz? Baş məşqçi hansısa tapşırıq veribmi?
– Xüsusi heç nə deyilməyib. Komandamıza hər cür kömək etməyə çalışacağıq.