Avropa Liqası turnirinin 2015/2016-cı il mövsümündə qrup mərhələsində çıxış etmiş “Qarabağ” və “Qəbələ” klublarının büdcəsinə növbəti maliyyə vəsaiti köçürülüb. Futbolinfo.az xəbər verir ki, qeyd olunan vəsait hər iki klubun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılan bonusdur.

Avropa futbol qurumu tərəfindən verilən vəsait – müvafiq olaraq, “Qarabağ” klubuna 376 min 952 avro, “Qəbələ” klubuna isə 376 min 814  avro – AFFA-nın vasitəçiliyi ilə artıq hər iki klubun hesabına daxil edilib.

Shares: