"Barselona"nın prezidenti Jozep Bartomeu "Mançester Yunayted"in Luis Suares üçün 150 milyon avro təklif etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, Kataloniya klubunun rəhbəri bunları deyib: "Suares "Mançester Yunayted"də? Biz hər gün bu cür xəbərlər eşidirik, oxuyuruq, görürük. Amma bizi ilk növbədə Suaresin "Barsa"da xoşbəxt olmağı maraqlandırır.
Onunla müqavilənin müddətini uzatmaq istəyirik. Luis ən vacib oyunçularımızdan biridi".