Çempionlar Liqasının qrup mərhələsində ötən gecə səfərdə "Legiya" ilə bərabərə qalan (3:3) "Real"ın futbolçusu Qaret Beyl tarixi qola imza atıb.

Matçın 55-ci saniyəsində fərqlənən uelsli yarımmüdafiəçi Madrid klubunun qitənin ən nüfuzlu klub turnirində ən erkən qolunun müəllifi olub.

Bundan əvvəlki rekord 88-ci saniyə ilə Kərim Benzemaya məxsus idi.

 

Shares: