“Neftçi”nin komandadan qovduğu Katalin Tiranın karyerasını hansı komandada davam etdirəcəyi hələ ki, məlum olmasa da, gələcəyi dumanlı görünür. Futbolinfo.az xəbər verir ki, o, şərəfini qoruyacağı kluba müqavilə imzaladıqdan sonrakı 4 turda kömək edə bilməyəcək.
“Ağ-qaralar”ın formasında sonuncu dəfə “Qarabağ”a qarşı görüşdə meydanda olan rumıniyalı meydana çıxan azarkeşi vurduğuna görə, İntizam Komitəsi tərəfindən 5 oyunluq diskvalifikasiya olunmuşdu. Bundan sonra Katalinin adı “Neftçi”nin oyunçusu kimi yalnız 1 oyunda çempionatın iştirak ərizəsində qeydiyyatda olub.
FİFA-nın qaydalarına əsasən isə Tiranın törətdiyi əməl amnistiyaya düşmür. Yəni, Azərbaycanı tərk etməsinə baxmayaraq, çıxış edəcəyi istənilən ölkədə qalan 4 oyunluq cəzasını çəkəcək. Başqa sözlə, Katalin Tira hələ uzun müddət Azərbaycandakı həyasızlığının acısını yaşayacaq.