Çinin "Quançjou Everqrand" klubu mövsümün sonunda azad agent olacaq "Çelsi"nin futbolçusu Con Terrini heyətinə qatmağı planlaşdırır.

Futbolinfo.az xəbər verir ki, çinlilər 35 yaşlı ingilis müdafiəçi üçün ildə 8 milyon funt ödəməyə hazırdılar.

"Quançjou Everqrand" ümid edir ki, komandanın baş məşqçisi Luis Felipe Skolarinin vaxtilə birgə çalışdığı Terrri ilə yaxşı münasibətlərinin olması bu keçiddə böyük rol oynayacaq.

Terri bu mövsüm Premyer Liqada cəmi 4 matçda meydana çıxıb. Onun "zadəganlar"la müqaviləsinin müddəti 30 iyun 2017-ci il tarixində bitəcək.

Shares: