Topaz Premyer Liqasının XIII turunun mərkəzi oyununda “Qəbələ” ilə qarşılaşan “Qarabağ” 2:1 hesablı qələbə qazandı. Bu, ağdamlıların doğma meydanda ardıcıl 15-ci ev qələbəsi oldu.
 
Qurban Qurbanovun yetirmələrinin "doğma divarlar" arasındakı sonuncu xal itkisi ötən ilə təsadüf edir. Dekabrın 19-da “Qəbələ” ilə oyunda 1:1 hesablı bərabərliyə razılaşan sonuncu çempion o vaxtdan bəri xal itirməyib.
 
Maraqlıdır ki, “Qarabağ”a sonuncu ev məğlubiyyətini də məhz “qırmızı-qaralar” yaşadıb. 2015-ci fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzan ağdamlılar 28 oyundur evdə məğlubiyyət acısı yaşamır (apasport).

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp