Bu gün Azərbaycan futbol tarixində əlamətdar gündü. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, klublarımızın SSRİ çempionatları tarixində ən yaxşı nəticəsini qazanmasının 50 illiyi tamam olur.
 
1966-cı ildə mövsümü bürünc medalla başa vuran “Neftçi” mükafatı noyabrın 30-da keçirilən son turda təmin edib. Moskva “Spartak”ı ilə ev oyununa 3-cü yerin sahibi kimi çıxan Bakı klubuna mövqeyini qorumaq üçün 1 xal da kifayət etsə də, paytaxt təmsilçisi 3 cavabsız qolla qalib gəlib.
 
50 il öncə qazanılan bu qələbə 1936-1991-ci illərdə keçirilən SSRİ çempionatları tarixindəki ilk və son medal kimi Azərbaycan futbolu tarixinə düşüb.
 
Respublikamızın 3 təmsilçisi ümumilikdə 29 dəfə ittifaq çempionatının güclülər dəstəsində mübarizə aparsa da, “üçlük”də yalnız bir dəfə yer alıb. Bakı “Temp”i və  Gəncə “Dinamo”su hərəyə 1, “Neftçi” 27 dəfə medallar uğrunda mübarizəyə qoşulub.
 
Bürünc ilində “Neftyannik” adlanan “ağ-qaralar” daha 8 dəfə ən yaxşı “onluq”da yer alıb. Lakin bu uğur mükafat qazanmağa kifayət etməyib. Təmsilçimiz 1967-ci ildə 5-ci, 1969-cu ildə 7-ci, 1963-cü ildə 8-ci, 1968, 1971 və 1987-ci illərdə 9-cu, 1962 və 1981-ci illərdə 10-cu yerə sahib çıxıb.
 
“Neftçi” SSRİ çempionatlarında
mövsüm
O
Q
H
M
T/F
X
YER
1949
34
6
12
16
26-42
24
14
1950
36
6
9
21
37-73
21
19
1960-II yarımqrup
20
5
4
11
21-38
14
10
1960-19-22-ci yerlər
6
2
2
2
6-7
6
21
1961-A yarımqrupu
20
4
8
8
20-34
16
7
1961-11-22-ci yerlər
32
7
13
12
36-52
27
18
1962-B yarımqrupu
20
7
7
6
26-24
21
6
1962-1-12-ci yerlər
22
2
11
9
19-39
15
10
1963
38
18
9
11
48-44
45
8
1964
32
8
11
13
25-30
27
12
1965
32
11
8
13
32-33
30
11
1966
36
18
9
9
56-28
45
3
1967
36
16
10
10
51-33
42
5
1968
38
13
12
13
42-48
38
9
1969-A yarımqrupu
18
5
7
6
16-18
17
6
1969-1-14-cü yerlər
26
6
11
9
26-27
23
7
1970
32
9
11
12
27-28
29
11
1971
30
9
10
11
30-34
28
9
1972
30
6
8
16
28-55
20
16
1977
30
5
17
8
25-34
27
13
1978
30
8
7
15
28-39
23
13
1979
34
8
8
18
29-50
24
14
1980
34
10
9
15
29-41
29
13
1981
34
11
12
11
34-49
34
10
1982
34
10
7
17
42-63
27
16
1983
34
10
10
14
32-38
30
13
1984
34
9
8
17
30-50
26
15
1985
34
9
11
14
30-40
29
16
1986
30
8
12
10
33-38
28
13
1987
30
9
10
11
33-30
28
9
1988
30
5
7
18
28-46
17
15
 
“Temp” SSRİ çempionatlarında
mövsüm
O
Q
H
M
T/F
X
YER
1938
25
6
8
11
33-40
20
19
 
“Dinamo” SSRİ çempionatlarında
mövsüm
O
Q
H
M
T/F
X
YER
1968
38
5
9
24
25-59
19
20
 
Qeyd: Qələbəyə görə 2 xal verilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp