Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ufuk Budağın şərəfini qoruduğu "Kayserispor" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Boluspor"u qəbul edib. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 3:0.

Ufuk bu qarşılaşmada meydana çıxmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp