“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya mətbuatına açıqlama verib. Son illər ölkəmizə gələn ən yaxşı əcnəbilərdən olan xorvat bir sıra maraqlı məsələlərə toxunub.

“Futbolinfo" xəbər verir ki, yarımmüdafiəçi paytaxtımıza heyran qaldığını bildirib: “Bakı böyük və fantastik şəhərdir. Bura ilk dəfə gələndə heyran olmuşdum. Gözəl və rahat şəhərdir. Azərbaycanda futbol oynamağlm üçün hər bir şəraitim var. Oyunlarımızı stadiondan Robert Prosineçki də izləyir. Şəhərdə olduğum restoranlara Prosineçki də gedir”.

Ozobiç oyunundan razı qaldığını söyləyib: “Bu mövsüm öz oyunumdan çox razıyam. Rəqəmlər hər şeyi demir. Ümumi götürsək, meydanda gördüyüm iş məni qane edir. Komandam üçün lazımlı qollar da vurmuşam. Futbolda statistika məni bir o qədər də narahat etmir”.

Ozobiç “Qəbələ” ilə yeni müqavilə imzalamağa etiraz etməyəciyini söyləyib: “Bu haqda bilmirəm. Amma etiraz etmərəm”.

25 yaşlı yarımmüdafiəçi ölkəmizdə futbola az həvəsin olduğunu vurğulayıb: “Bakıda küçədə gəzəndə məni tanıyan çox azdır. Burada futbola həvəs tam yüksək deyil. Amma inkişaf edəcək”.

O mətbuata tez-tez müsahibə vermədiyini  bildirib: “Bir mətbuat orqanı müsahibə üçün dəfələrlə yazır, xahiş edir və mən də etiraz etmirəm. Oyundan sonra isə bəzən jurnalistlərə müsahibə verirəm. Amma tez-tez müsahibə vermirəm.”

Ozobiç Xorvatiya klubları ilə “Qəbələ”ni belə müqayisə edib: “Xoratiyanın 1-2 klubunu çıxmaq şərti ilə, “Qəbələ”ni digər komandalarla müqayisə etmək düzgün olmaz. Çıxış etdiyim komanda ardıcıl 2 dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib”.

Filip klub rəhbərliyinin sirrlərini də açıb: "Qәbәlә"nin sahibi Tale Heydәrovdur. Onun atası Kәmalәddin Heydәrovun milyardlarla sәrvәti var. Onların 600-dәn çox şirkәti mövcuddur. Qәbәlәdә әla baza tikiblәr. Qәbәlә şәhәrindә 6, Bakıda 3 “Qafqaz” adında otellәri mövcuddur”

O, Avropa Liqasının qrup mərhələsinin V turunda Bakıda "Anderlext"lə oyundan da söz açıb: “Əgər qalib gəlsəydik, klub futbolçulara 15 min avro mükafat verəcəkdi. Qələbəyə yaxın idik, amma bəxtimiz gətirmədi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp