Brazilyanın "Şapekoense" klubunun üzvlərinin təyyarə qəzasında ölməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük əks-səda yaratdı. Futbolinfo.az xəbər verir ki, qəzada ölən 75 nəfərin 19-u məhz adıçəkiləin klubun oyunçuları olub.

Həyatını itirənlər arasında Azərbaycan futboluna da tanış olan bəzi simalar var. Onlardan biri də 2010/11 mövsümündə Bakı “İnter”inin şərəfini qorumuş Felipe Maşadodu. 32 yaşında həlak olan oyunçu “bankirlər”in heyətində çıxış edərkən hazırda “Qəbələ”nin şərəfini qoruyan Asif Məmmədovla komanda yoldaşı olmuşdu. Əyalət təmsilçisinin yarımmüdafiəçisi mərhumla bağlı fikirlərini saytımıza bildirib: “Düzdü, az müddət bir komandada çıxış etdik, amma onu deyə bilərəm ki, çox yaxşı oğlan idi. Onun ölüm xəbərinə çox pis oldum. Nəinki Maşadonun, ümumiyyətlə, digər oyunçuların da ölüm xəbərinə təəssüfləndim. Mən də futbolçuyam, tez-tez xarici səfərlərə çıxırıq, hamımızın başına gələ bilər. Allah rəhmət eləsin”.

Qeyd edək ki, ölənlər arasında 2014/15 mövsümündə “Xəzər Lənkəran”ın şərəfini qorumuş Uilyam Tieqo de Jesus da var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp