AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında və Birinci Divizionda 13-cü turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Əvəzedicilərin çempionatının AZAL – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində AZAL-ın futbolçusu Elşad Manafov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
 
Birinci Divizionun “Ağsu” – “Şəmkir” matçının 80-cı dəqiqəsində “Şəmkir”in azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Turan Tovuz” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp