AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan müxtəlif ölkə birincilikləri ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-14 Liqasında “Kürdəmir” Gİİ – UGİM (Göyçay) matçının 42-ci dəqiqəsində UGİM klubunun futbolçusu Vasif Yusifov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasının TİM UĞUR (Gəncə) – “Kəlbəcər” (Gəncə) matçında "Kəlbəcər" iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının Təhsil FM (Bakı) – “Zirə” FK (Bakı) matçında "Zirə" iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp