Premyer Liqanın son turunda keçirilən "Qarabağ" – "Qəbələ" (2:1) matçındakı penalti epizodu geniş müzakirələrə səbəb olub. Xüsusilə sosial şəbəkələrdə futbolla maraqlanan hər kəs bu barədə nəsə yazır.
 
I divizionda mübarizə aparan "Qaradağ Lökbatan"ın futbolçusu Nakim Vəliyev də "facebook" hesabında məlum olayın videogörüntüsünü paylaşıb. Diqqət çəkən məqam Azərbaycan çempionatlarındakı oyunlara təyinat alan hakim Rəvan Həmzəzadənin reaksiyasıdı. Həmkarı Rəhim Həsənovu müdafiə etmək xatirinə o, "Hansısa futbolçunun əsəbi vaxtına düşəcək də bu hakimlər" fikrinə belə münasibət bildirib: "Əsəbləşən başını divara vursun. Sözü olanı oyundan sonra tapmırıq biz…"
 
Bu azmış kimi, Həmzəzadə "Qarabağ" azarkeşi Həsən Qədirovun fikrinə münasibət olaraq şərhə telefon nömrəsini qoyaraq, onu "razborka"ya çağırıb.
 
Belə məsələlərə görə futbolçu Cavid Hüseynovun qohumlarının başına gələnlər hamıya bəllidi. Ancaq deyəsən, Həmzəzadə bundan dərs almayıb.
 
Yeri gəlmişkən, bir müddət öncə həmin Rəhim Həsənovun sosial şəbəkədə paylaşılan bir şəklə görə başı ağrımışdı. “Futbolinfo”nun ortaya çıxardığı fakta görə hətta AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov redaksiyamıza telefon açmışdı. O, israrla heç bir hakimin sosial şəbəkədə hesabının olmadığını deyir, bunu hamıya qadağan etdiyini bildirirdi. Amma gördüyünüz kimi, Rəvan Həmzəzadə “xəttdədi”, hətta camaatı “razborka”ya da çağırır.
15240330 1155569667832154 1183930315 n - Futbolinfo.az
15281050 1155569674498820 1584822170 n - Futbolinfo.az
15281072 1155569671165487 1509870812 n - Futbolinfo.az
 
ASƏF ZEYNALLI
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp