"Qəbələ" Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşdığı "Qarabağ"la oyundakı mübahisəli hakim qərarları ilə bağlı videoçarx hazırlayıb. Futbolinfo.az xəbər verir ki, klubun buna dair yaydığı açıqlamada aşağıdakılar qeyd olunub:

"Həmişə olduğu kimi, bu dəfə də daha xoş görüntüləri sizə təqdim etmək istərdik. Təəssüf ki, bu, həmişə mümkün olmur. Dünən baş verənləri hər birinizin görməsini istəyirik. 

Epizodları AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun tərcümə etdiyi "Oyun Qaydaları" kitabındakı qaydalara əsasən seçmişik. 

Penalti epizoduna, matçın 20 saniyəlik dayanan vaxtının 2 dəqiqə şəklində oynanılmasına da özünüz şərh verin".

 

Shares: