“Qarabağ” – “Qəbələ” oyununun baş hakimi Rəhim Həsənovun qərarları təkcə qonaqları incitmədi. Elə ağdamlıların da əməyinin üstündən xətt çəkildi. Çempionun belə hakim köməyinə ehtiyacı yoxdu, komanda kimi çox güclüdülər. Yanlış penalti qərarı onları da məyus etdi. Çünki hamıda “Qarabağ”ın bu uğurları hakim köməyi sayəsində qazanması təsəvvürü yaranıb.
 
Halbuki Avropa Liqasında nəinki Rəhim Həsənov yoxdu, əksinə, “Qarabağ”ı büdrədən hakimlər var. Və bütün bunlara rəğmən, Ağdam klubu uğurları sıralayır.
 
“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovun “azerisport”a müsahibəsindən də görünür ki, onlar da bu durumdan məmnun deyil: "Qəbələ"nin yerində olsaydıq, biz də narazı qalardıq. Uduzmağı heç kim istəmir. Amma Rəhim bütövlükdə normal oyun idarə etdi. Təbii ki, yalnız mübahisəli penalti qərarını çıxmaq şərti ilə. Oyunun gedişində topun Vernidubun əlinə dəydiyini düşünürdüm. Amma sonradan oyunun videotəkrarına baxanda gördüm ki, hakim penalti təyin etməklə səhvə yol verib”.
Shares: