Futbol üzrə Sloveniya çempionatında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası – "Domjale" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda sonuncu pillədə qərarlaşmış "Radomjle" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan gözlənilməz məğlubiyyətlə ayrılıb – 0:2. Məsələ burasındadır ki, çempionatın aşkar autsayderi əvvəlki turlarda cəmi 5 oyunda heç-heçə edə bilmişdisə, ilk qələbəsini məhz "Domjale" üzərində qazanıb.

Samirin adı əvvəlki 18 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Domjale" 19 turdan sonra 35 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.

Shares: