Portuqaliyanın "Boavişta” klubunun heyətində parlaq oyun nümayiş etdirən millimizin qapıçısı Kamran Ağayev ciddi zədə alıb. Futbolinfo.az "Sportal"a istinadla xəbər verir ki, təcrübəli əlcək sahibi Portu təmsilçisinin məşqində sıradan çıxıb.
Diz nahiyəsindən zədə alan futbolçu tibbi müayinədən keçib. Müayinənin nəticəsinə əsasən, qolkiperin zədəsinin ciddi olduğu bəlli olub. Ağayevin çarpaz bağlarında qopma aşkarlanıb. Bu isə, qolkiperin bir müddət yaşıl meydanlardan kənarda qalması deməkdi.
Qeyd edək ki, millimizin qapıçısı "Boavişta”nın əsas heyət üzvüdü.