Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, G qrupunda yer alan Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Aydınspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Start heyətdə meydana çıxan Dəniz bu qarşılaşmada sonadək mübarizə aparıb.

Qeyd edək ki, dörd turdan sonra Bursa təmsilçisi 5 xalla qrup ikincisidir.

Shares: