Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – "Trabzonspor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Kızılcabölükspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ramilin adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, dörd turdan sonra Trabzon təmsilçisi 5 xalla qrup üçüncüsüdür.