“Neftçi” PFK heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, çexiyalı yarımmüdafiəçi Zdenek Folprext icarə əsasında mövsümün sonunadək bu komandanın formasını geyinəcək.
Sonuncu klubu Çexiya “Slovan”ı (Liberets) olmuş 25 yaşlı futbolçu indiyədək “Sparta” (Praqa), “Viktoriya” (Jijkov), “Zbroyovka” (Brno) klublarında çıxış edib.
Çexiya U-19 və U-21 yığma komandasının sabiq üzvü “Neftçi”nin düşərgəsinə Türkiyədəki təlim-məşq toplanışı zamanı qoşulacaq.