"Feyenord"un U-19 və U-21 komandalarında forma geyinən Ozancan Kökcünün Türkiyə millisinə dəvət ediləcəyi iddia edilmişdi. Ancaq gənc oyunçunun qardaş ölkədən gözlədiyi təklif gəlməyib.
Futbolinfo.az sporliva.com-a istinadla xəbər verir ki, bunun ardından AFFA hərəkətə keçib və Ozancanın klubuna dəvət məktubu göndərib.
Ozancan Azərbaycanın U-21 yığmasının yanvarın 7-dən etibarən Antalyada start götürəcək təlim-məşq toplanışına qatılmağa razılıq verib.
Kökcünün "Feyenord"la müqaviləsinin müddəti bu mövsümün sonunda bitir. Bugünlərdə o, "Mançester Siti"dən təklif alıb. Eləcə də "Latsio"nun onunla yaxından maraqlandığı bildirilir.