Türkiyənin "Beşiktaş" klubu daha bir futbolçunu heyətinə cəlb etməyə hazırlaşır. Futbolinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Zarya”nın müdafiəçisi Eduard Sobolu transfer etməyə yaxındır.
21 yaşlı müdafiəçinin keçidi ilə əlaqədar onun müqavilə ilə məxsus olduğu Donetsk “Şaxtyor”undan razılıq da alınıb. Ukrayna millisinin üzvü "Beşiktaş"da icarə əsasında çıxış edəcək.