Çinin "Şanxay Şanqan” klubu Rusiya “Krasnodar”ının yarımmüdafiəçisi Odil Ahmedovu transfer edib. Futbolinfo.az xəbər verir ki, Özbəkistan millisinin lideri olan 29 yaşlı futbolçu ilə rəsmi müqavilə də imzalanıb. 

Müqavilənin dəyəri və müddəti barədə açıqlama verilmir. Rusiya mətbuatı isə “Krasnodar”ın bu transferdən 7 milyon avro gəlir əldə edəcəyini iddia edir.

Shares: