Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Akademika" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Nəsirov bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb. O, 48-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.

Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 25 xalla 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Shares: