“Qəbələ”nin 2016-2017-ci il mövsümünün qış fasiləsindəki ilk transferi Araz Abdullayev olub. Futbolinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “qırmızı-qaralar”ın heyətinə keçidi ilə bağlı fikirlərini klub saytına açıqlayıb:

“Qəbələ” Azərbaycanın ən iddialı və ən güclü klublarından biridir. Komandanın həm Azərbaycan çempionatı, həm də ölkə kubokunda böyük hədəfləri var. Mənim də iddialarım böyükdür. Yeni klubuma uğurlar qazanmağa kömək etməyə çalışacam. İnanıram ki, “Qəbələ”nin həm çempionat, həm kubok, həm də qarşıdakı mövsümlərdə avrokuboklarda qazanacağı nəticələrdə pay sahibi ola biləcəm. Futbolçu kimi yetişməyimdə böyük rolu olan “Neftçi” klubuna da təşəkkür edirəm. Bu klubda olduğum müddətdə daim dəstəyini hiss etdiyim azarkeşlərə minnətdaram”.

Shares: